reklam
» » “Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır”- Roqozin

reklam

“Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır”- Roqozin

Hazırda Rusiya tərəfindən hazırlanan yeni qitələrarası ballistik raketlər ABŞ-ın istənilən raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin “Rossiya 1″ telekanalında yayımlanan “Bazar axşamı” verilişinə müsahibəsində deyib.
Nazir müavininin sözlərinə görə, Rusiyanın nüvəsaxlama qüvvələri müxtəlif raketlərdən, o cümlədən “köhnə Sovet klassik raketləri”ndən olan və Qərbdə “Şeytan” adlandırılan “Voyevoda”dan ibarətdir. Lakin artıq yeni raketlər hazırlanır.
“Onlardan (“Voyevoda” raketlərindən – qeyd. TASS) çox qorxurlar, onlar çox etibarlıdır, onların müddəti yeni silahlar istehsal olunana qədər uzadılıb. Yenisi üzərində iş plan üzrə gedir”, – deyə o bildirib.
“Bu silah da tezliklə ordumuzun ixtiyarında olacaq. Bu silah ABŞ-ın bugünkü, sabahkı və birisigünkü raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır. O bu gün bizim üçün təxribatdan başqa ciddi hərbi təhlükə kəsb etmir”, – deyə Roqozin bildirib.


Paylaş:


Müəllif : Tarix:
19-02-2017, 20:52
  


loading...
Загрузка...