5 rayonun icra başçısı yola salınır - Əsasən, Fazil Məmmədovun kadrları "vurulur"... » Regionxeberleri.com 5 rayonun icra başçısı yola salınır - Əsasən, Fazil Məmmədovun kadrları "vurulur"... » Regionxeberleri.com

reklam
» » 5 rayonun icra başçısı yola salınır - Əsasən, Fazil Məmmədovun kadrları "vurulur"...

reklam

5 rayonun icra başçısı yola salınır - Əsasən, Fazil Məmmədovun kadrları "vurulur"...

Yaxın vaxtlarda 5 rayonun icra hakimiyyətlərinin başçısı postlarında dəyişiklik baş tutacaq. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan informasiya daxil olub.

Regionxeberleri.com bildirir ki, xəbəri verən mənbə dia.az-a açıqlamasında iddia edir ki, rəhbər dəyişikliyi gözlənilən rayonlar aşağıdakılardır:

1. Binəqədi;
2. Gədəbəy;
3. Şəmkir;
4. Qazax;
5. Biləsuvar.

Siyahıdan da göründüyü kimi, rəhbər dəyişikliyi gözlənilən RİH-lərin əksəriyyətinə keçmiş Vergilər Nazirliyi Fazil Məmmədova yaxın fiqurlar rəhbərlik edir. Bu isə "təmizləmə" əməliyyatının əslində məmmədovçulara şamil olunduğunu təsdiqləyir. Mənbə dia.az-a onu da bildirib ki, seçkilərə qədər baş tutacaq dəyişiklik prosesində, ümumi olaraq 20-yə yaxın RİH başçısının görəvdən birdəfəlik alınması nəzərdə tutulur: "Yalnız bəziləri təkrarən vəzifəyə təyin olunacaqlar".


Paylaş:


Müəllif : Tarix:
6-03-2018, 11:50
  


loading...