reklam
» » Türkiyə ilə danışıqlar gedir, saziş isə... - İsrail

reklam

Türkiyə ilə danışıqlar gedir, saziş isə... - İsrail

İsraillə Türkiyə arasında qaz kəmərinin çəkilişi ilə bağlı danışıqlar gedir.

Bunu jurnalistlərə açıqlamasında İsrailin Energetika naziri Yuval Ştaynits söyləyib. Onun sözlərinə görə, hələlik tərəflər arasında heç bir razılaşma imzalanmayıb:

"Hələlik İsraildən Türkiyəyə gedəcək qaz kəməri ilə bağlı heç bir razılaşmamız yoxdur. Danışıqlar dostluq çərçivəsində aparılır. Siz bilirsiniz ki, biznes-sektor və hökumətlər arasındakı danışıqlar üçün müəyyən zaman lazımdır".

Qeyd edək ki, İsrail öz qaz kəmərini Türkiyə vasitəsilə Avropaya çatdırmaq istəyir. Rəsmi Təl-Əviv alternativ variant kimi Cənubi Kipr və Yunanıstanı planlaşdırır.


Paylaş:


Müəllif : Tarix:
8-03-2018, 13:49
  


loading...
Загрузка...