4 ÖLKƏ LİDERİ RUSİYAYA QARŞI… - Birgə bəyanat yayıblar
Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar. APA-nın “İndependent”ə istinadən verdiyi xəbərə görə, bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır.
Qeyd olunub ki, hadisə nəticəsində bir polis əməkdaşı da zəhərlənib.
“Bu, açıq şəkildə beynəlxalq hüququn və Kimyəvi Silahlar Konvensiyasının pozulmasıdır. Biz Rusiyanı Solsberi hadisəsi ilə bağlı bütün sualları cavablandırmağa çağırırıq”, – deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki S. Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniya baş naziri Tereza Mey martın 12-də Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır. Rusiya da buna cavab olaraq britaniyalı diplomatları ölkədən çıxarmağa hazırlaşır.
Paylaş:
Müəllif : Yazar2
Tarix:15-03-2018, 19:33
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar2
Tarix:15-03-2018, 19:33

Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:25
Dünən, 14:15
Dünən, 14:09
Dünən, 12:21
Dünən, 09:50
15-02-2019, 23:48
15-02-2019, 23:20
15-02-2019, 19:50
15-02-2019, 16:19
15-02-2019, 14:42
15-02-2019, 14:37
15-02-2019, 14:03

Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - Bakıda

AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?

AGENTLİK RƏHBƏRİNİN XARİCDƏKİ BÖYÜK BİZNESİ… - Slovakiya, Ukrayna və Türkiyədəki obyektləri + FOTOLAR

“Uralvaqonzavod” T-90 tanklarının yeni ixrac variantını satışa çıxarır - AZƏRBAYCAN DA ALA BİLƏR...

Novruzda veriləcək əfvə daha kimlər düşə bilər? - “Bu məsələnin alver mövzusu olmasını istəyənlər var”

QHT RƏHBƏRLƏRİ ARASINDA QARŞIDURMA – Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb?

Gənclər təşkilatları Prezidentə müraciət etdi:“Xahiş edirik, bu dəyişikliyi ləğv edin”

MİKAYIL CABBAROV 58 NƏFƏRİ İŞDƏN ÇIXARDI - Aralarında yüksək vəzifəlilər də var + ADLAR

Azərbaycana Türkiyədən gətirilən meyvə-tərəvəzlə vəba yayıla bilər - RUSİYADAN XƏBƏRDARLIQ

Qarabağdakı ordunu İrəvana yeridən general dindirildi –Xüsusi İstintaq Xidməti tərəfindən

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir

İLYAS İSMAYILOV ƏLİ İNSANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Bu cür alimin həbsdə saxlanması bir millət kimi bizə hörmət gətirmir”
Saytı bəyənirsinizmi?