reklam
» » Türkiyəyə qarşı plan: Ərəb liderlərinin gizli görüşü...

reklam

Türkiyəyə qarşı plan: Ərəb liderlərinin gizli görüşü...

Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı lobbiçilik fəaliyyətinə nəzarət edən əslən livanlı iş adamı Corc Naderin 2015-ci ildə bəzi ərəb liderləri ilə gizli toplantı təşkil etdiyi müəyyən olunub.

Bu barədə Britaniyanın "Middle East Eye" saytı məlumat yayıb. Görüşün 2015-ci ild, Qırmızı dənizdə Naderin yaxtasında baş tutduğu bildirilib. Nader ərəb liderlərə 6 ərəb dövlətinin iştirakı ilə xüsusi regional təşkilat yaratmağı təklif edib. Görüş zamanı Nader bu təşkilatın Türkiyə və İrana qarşı faəliyyət aparacağını və onun ABŞ tərəfindən dəstəklənəcəyini deyib.

Qeyd edək ki, iş adamının təşkil etdiyi toplantıya Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid əl Nahyan, Misir Prezidenti Əbdülfəttah əs Sisi, Bəhreyn vəliəhd şahzadəsi Salmna bin Hamad əl Xəlifə və İordaniya kralı II Abdullah qatılıb.


Paylaş:


Müəllif : Tarix:
20-03-2018, 16:54
  


loading...
Загрузка...