reklam
» » Lavrovun istefa xəbərinə Zaxarovadan – Reaksiya

reklam

Lavrovun istefa xəbərinə Zaxarovadan – Reaksiya

Sergey Lavrovun Rusiya XİN rəhbəri vəzifəsindən istefa verəcəyi barədə RTVI kanalının məlumatı dezinformasiyaya oxşayır.

Bu barədə Rusiya XİN təmsilçisi Mariya Zaxarova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, kanal heç bir mənbəyə istinad etməyib.

“Hesab edirəm ki, bu, hansısa formada feykdir. Ola bilsin qəsdən deyil, diqqətsizlikdəndir. Ancaq kim bilir?”

Zaxarova qeyd edib ki, bu xəbər hazırlanarkən XİN-ə heç kim müraciət etməyib. Zaxarova özü kanalla əlaqə saxladıqda və bu məlumatın məhz Lavrovun ad günü yayılması səbəbi ilə maraqlandıqda məlum olub ki, telekanal ad günü barədə məlumatsızdır:

“Qəribə vəziyyət yaranır: Lavrovun istefa edəcəyi barədə “gizli planı” haqda kanal bilir, amma hamıya açıq olan ad günü tarixindən xəbərsizdir”.

Qeyd edək ki, Sergey Lavrov 1950-ci il 21 martda doğulub. Ötən gün onun istefa verəcəyi barədə məlumat yayılıb.


Paylaş:


Müəllif : Tarix:
22-03-2018, 10:25
  


loading...