reklam
» » Putinə elə bir “hədiyyə” hazırlanır ki... - Kalaçev

reklam

Putinə elə bir “hədiyyə” hazırlanır ki... - Kalaçev

ABŞ-ın yeni sanksiyaları Rusiyanın xarici siyasət kursunu dəyişdirməyəcək.

Bunu  açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev deyib. Onun sözlərinə görə, hazırda Rusiya hakimiyyətinə ölkə daxilində heç bir təzyiq yoxdur:

“Rusiya dövləti sanksiyalara məruz qalanlara yardıma hazırlaşır. Baş nazir Dmitri Medvedyev hökumətə ABŞ sanksiyalarına məruz qalan Rusiya şirkətlərinə dəstək tədbirlərinin hazırlanmasıyla bağlı tapşırıq verib. Digər amil isə Rusiyanın cavab tədbirləri görəcəyi ilə bağlıdır. Qərb sanksiyalarının ilk mərhələsi rusiyalılar üçün ABŞ və Qərbi Avropa məhsullarına qadağanın qoyulmasıyla nəticələndi. İkinci cavab sanksiyaların nəticəsində biz ayfonsuz, pampersiz, koka kolasız qala bilərik. Bununla bağlı artıq mərkəzi telekanalların döyüşkən teleaparıcıları eyham vururlar.

Əlbəttə, kasıblayan milyarderlərə yardım adi vətəndaşların hesabına ediləcək. 12 milyard dollar təxminən Rusiyanın hər vətəndaşı üçün 5000 rubl deməkdir. Kütlənin bir hissəsi düşünür ki, hakimiyyət onların qayğısına qalır. Məhz buradan paternalizm (cəmiyyət və ya ailə idarəetməsində qərarların rəhbər və ideal qəbul edilən şəxs və şəxslər tərəfindən qəbul edilməsini əsas tutan sistemdir – red.), militarist planlara heyranlıq başlayır. Anlamaq lazımdır ki, Suriya və Ukraynada olan bütün bu hərbi fəaliyyətlər, nüvə mühərriki olan raketlər, geosiyasi ambisiyaların hamısı üçün ödəniş vergi ödəyicilərinin cibindən edilir. Hələlik bu anlayış yoxdur və hakimiyyət istədiyi xarici siyasət kursunu həyata keçirə bilir. Normallaşmanın arzulanması ilə bağlı bütün danışıqlara rəğmən Rusiya hansısa kompromislərə və güzəştlərə getməyə hazır deyil. Hakimiyyətə Rusiyada daxildən heç bir təzyiq yoxdur, buna görə də Kremlin yeritdiyi kurs əvvəlki kimi qalacaq”.

Ekspert Qərbin Putinə “xüsusi hədiyyə” hazırladığını deyib:

“Yerdə qalan əsas məsələ hökumətin sanksiyalar altına düşən şirkətlər və onların sahiblərinin zərərlərini necə kompensasiya edəcəyidir. Kömək vədi artıq edilib. Kömək mexanizmləri yaxın zamanlarda açıqlanacaq. Burada hələ də baş verənlərin “soyuq müharibə” adlandırılması ilə bağlı mübahisələr gedir, amma bir tərəfdən də paralel olaraq tezliklə III Dünya müharibəsinin başlayacağı ilə bağlı danışıqlar başlayır. Bu cür müzakirələr Rusiyanın Qərbdən güzəştlər gözləməsinə şahidlik edir. Yəni Moskva güzəştə getmək fikrində deyil. Qərb-Rusiya müharibəsi olmayacaq, amma dünya uğrunda mübarizə başlayacaq və bu mübarizə daş üstə daş qoymaya bilər.

Rusiyanın fond bazarında həyəcanlı satışlar Qərb və digər xarici investorların bütün Rusiya aktivlərindən kütləvi şəkildə çıxmağa başlamasına şahidlik edir. Rusiyaya bundan sonra da xarici siyasət arenasında təzyiqlər artacaq. Bununla da ABŞ-ın rəhbərliyində olan Qərb Rusiya prezidentinin mayın 7-də nəzərdə tutulan inauqurasiya mərasiminə “böyük hədiyyə” hazırlayır. Rubl isə çökür. Artıq 1 dollar 64 rubldur, lakin bu da Putini öz kursunu dəyişməyə məcbur etməyəcək”.

Kalaçev Qərblə Rusiya arasında razılaşmanın olmayacağını və ən yaxşı halda Soyuq müharibənin sonlarına bənzər formanın təkrarlanacağını deyib:

“Çoxlarına aydındır ki, Qərblə mütləq deeskalasiya lazımdır. Həqiqətən beynəlxalq situasiya təhlükəlidir və mövcud dinamika heç bir optimizm ehtiva etmir. Lakin deeskalasiya kompromislə yox, birtərəfli güzəştlə müəyyənləşdirilir. Digər tərəfdən, deeskalasiya ssenarisini təsəvvür edək. Sanksiyalar ləvğ ediləcək? Cekson-Venik düzəlişi ilə bağlı tarixi xatırlayın. Doğrudur, sanksiyalar götürüləcək, amma hamısı ləğv edilməyəcək və dərhal ortadan qaldırılmayacaq. Bəs bizə yeni texnologiyalar verəcəklərmi? 1991-ci ildən sonra vermişdilərmi? Ritorik sualdır. Hətta Minsk razılaşmasının reallaşdırılması məsələsində müqavilə mətni yox, sadəcə Rusiyanın Donbas oyunundan heç bir zəmanət vermədən çıxması anlaşılır. Ona görə də Qərblə heç bir razılaşma olmayacaq. Mücərrəd sülh sadəcə ola bilməz. O hər zaman müəyyən şərt və müəlliflik nəzərdə tutur. Brest və Yalta sülhləri var, amma aralarında fərq çoxdur. Situasiya dalana dirənmiş vəziyyətdə görünür. Çünki nə Suriya, nə də Ukraynada güzəşt olacaq”.

Qeyd edək ki, ABŞ aprelin 6-da Rusiyanın 24 iş adamı və yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların tətbiq olunduğu şəxslər sırasında 7 rusiyalı milyarder yer alıb. Vaşinqtonun öz sanksiyalarını elan etdiyi andan etibarən bu şəxslərin gəlirləri xeyli azalıb. Təkcə sanksiyaların ilk günü yalnız bu milyarderlərə dəyən zərər iki milyardı keçib. Hazırda bu zərər Rusiya mətbuatının iddiasına görə 12 milyard dollara çatıb (təkcə sanksiyaların tətbiq olduğu şəxslər nəzərdə tutulur – red.).


Paylaş:


Müəllif : Tarix:
11-04-2018, 09:01
  


loading...
Загрузка...