X
Saakaşvili müxalifəti birləşdirir: Tiflisə dönüş mümkündür? » Regionxeberleri.com Saakaşvili müxalifəti birləşdirir: Tiflisə dönüş mümkündür? » Regionxeberleri.com

reklam
» » Saakaşvili müxalifəti birləşdirir: Tiflisə dönüş mümkündür?

reklam

Saakaşvili müxalifəti birləşdirir: Tiflisə dönüş mümkündür?

Gürcüstanda daxili proseslərdə müəyyən ziddiyyətlərin əmələ gəlməsi oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlıdır.

Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Gürcüstanda prezident seçkiləri ilə bağlı gərginliyin ötən ilin oktyabrından etibarən davam etdiyini deyib:

“Son ayların hadisələri göstərir ki, Gürcüstanda daxili proseslər birmənalı deyil. Ən maraqlısı isə odur ki, artıq bir neçə müxalifət partiyası prezident seçkisində Marqvelaşvilini dəstəkləyəcəyini elan edib. Hakim partiya tərəfindən seçilməsinə baxmayaraq, Marqvelaşvilinin Gürcü Arzusu Partiyası ilə münasibətləri pozulub. Bu fonda müxalifət partiyaları onun ətrafında toplaşmağa başlayıblar".

Son günlər Saakaşvilinin Gürcüstanda fəallığına gəlincə, politoloq onun Gürcüstan siyasətində elə də aktiv olduğunu düşünmür:

“Saakaşvilinin partiyası Marqvelaşvilini dəstəkləyən partiyalardan biridir. Vahid Milli Hərəkat Partiyası əsas müxalifət partiyası sayılsa da, onun reytinqi hələ də kifayət qədər aşağıdır. Son sorğunun nəticəsinə görə, Vahid Milli Hərəkat Partiyası 8, Gürcü Arzusu Partiyası isə 26 faiz toplayıb. Bu baxımdan da hakim partiyanın nüfuzunun sürətlə aşağı düşdüyünü demək doğru olmazdı. Digər tərəfdən, Saakaşvili haqqında Gürcüstan prokurorluğunda cinayət işi qaldırılıb, onu həbs təhlükəsi gözləyir. Ona görə də o, hələ Gürcüstana gəlməyə tələsmir. Bu proseslər çox güman ki, davam edəcək və cari ilin payızında daha mürəkkəb forma alacaq. Çünki prezident seçkilərinə bir neçə ay qalmış siyasi kampaniya aktivləşəcək və real favoritlər bəlli olacaq. İstisna edilmir ki, Gürcü Arzusu Partiyası prezident seçkilərinə indiki baş nazirin namizədliyini irəli sürəcək”.

Qeyd edək ki, bundan öncə Saakaşvili Avropada Gürcüstanın bir sıra müxalif liderlərilə görüşüb. Görüşdə tərəflər Saakaşvilinin "baş qumarbaz" adlandırdığı və siyasətə geri qayıtmaq niyyətini ortaya qoyan İvanişvili və onun Gürcü Arzusu Partiyasına qarşı vahid namizədin irəli sürülməsi barədə razılıq əldə ediblər. Saakaşvilinin rəhbərliyi ilə partiyalar “Açıq Platforma” hərəkatı adı altında birləşdiklərini bildiriblər.


Paylaş:


Müəllif : Tarix:
1-05-2018, 09:04
  


loading...