X
Avropa İrandan imtina edəcək: Tehranın yeganə ümidi » Regionxeberleri.com Avropa İrandan imtina edəcək: Tehranın yeganə ümidi » Regionxeberleri.com

reklam
» » Avropa İrandan imtina edəcək: Tehranın yeganə ümidi

reklam

Avropa İrandan imtina edəcək: Tehranın yeganə ümidi

Avropa xırda qazanclar naminə böyük imtiyazlı vəziyyətdən imtina edə bilməz. Düşünürəm ki, ABŞ son olaraq, Avropa üçlüyünü də özünə tərəf çəkə biləcək.

Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov ABŞ-ın ardından Avropanın də İranla nüvə sazişindən çıxma ehtimalını dəyərləndirərkən deyib. O bildirib ki, ABŞ-ın təzyiqi tək İrana deyil, həm də Avropa Birliyinədir:

“Ümumiyyətlə, Trampın nüvə razılaşmasından çıxması gözlənilən idi. Əvvəlcədən bütün maraqlı tərəflər, o cümlədən ekspert birlikləri ehtimal olunan riskləri nəzərdən keçirirdilər. Bu, Yaxın Şərq üçün heç də müsbət məsələ deyil. Belə görünür ki, İranla Qərb dünyasının qarşıdurması yeni keyfiyyət, həm də mahiyyət mərhələsinə qədəm qoymalı olacaq. İran Avropadakı 3 dövlətlə (Almaniya, Fransa və Böyük Britaniya) məsləhətləşmələr aparacaq. İranın Xarici İşlər naziri Cavad Zərif artıq Pekindədir və ardınca Moskva və Brüsselə səfər edəcək. Ancaq burada fundamental razılığa gəlinəcəyinə inanmıram. Doğrudur, AB-yə İranla ticari münasibətlərini yüksək səviyyəyə qaldırmaq sərfəli ola bilərdi. Ancaq AB-nin aparıcı dövlətlərinin çox hissəsi ABŞ-dan asılıdır, onların ABŞ-dan gözləntiləri daha böyükdür”.

Politoloq vurğulayıb ki, Çin və Rusiya tərəfində vəziyyət ABŞ üçün bir az gərgin olacaq:

“ABŞ-ın bu gedişi rəsmi Tehranı Çin və Rusiya ilə daha sıx əməkdaşlıq etməyə sövq edəcək. Bu da gözləniləndir. Bu iki ölkənin də İranla bağlı yeni layihələri işləmək potensialı var. Avropa bazarlarından sıxışdırılan İran alternariv istiqamətlərdə əlverişli mövqelər tapmağa çalışacaq. Burada İranın imkanlarının çox məhdud olduğunu demək olmaz. Əksinə, Rusiya və Çin bazarları İran üçün cazibəlidir. Bu iki ölkə də İranla əlaqələri daha da genişləndirməkdə maraqlıdır”.

Politoloqun sözlərinə görə, İran üçün geosiyasi baxımdan çətinliklər olsa da, geoiqtisadi zəmində konyektura dəyişiləcək:

“Enerji daşıyıcıları Çinə axışacaq. Digər tərəfdən, Pakistanla İranın münasibətləri intensiv şəkildə inkişaf edir, Hindistan, Yaponiya ilə münasibətlər normaldır. İran sıxıntılara məruz qaldığına görə, çalışacaq ki, çatışmayan məqamları alternativ istiqamətlərdə tapsın və həll etsin”.


Paylaş:


Müəllif : Tarix:
15-05-2018, 08:23
  


loading...