reklam
» » QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” – «Böyük türmədən ən kütləvi qaçış…»

reklam

QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” – «Böyük türmədən ən kütləvi qaçış…»

«Xolokost qurbanları» genosid törədə bilərmi?

Bu günlərdə İsrail dövləti yaradılmasının 70 illiyini qeyd etdi. Amerika Birləşmiş Ştatları (ABŞ) da yubiley münasibətilə yəhudilərə «yağlı» bir hədiyyə verdi – Qüdsü İsrailin paytaxtı elan etdi – sanki, İsrail müstəqil dövlət yox, Birləşmiş Ştatların daha bir ştatı imiş…

Təbbi ki, fələstinlilər buna həmişə olduğu tərzdə etiraz elədi – İsrail tərəfə daş atmağa başladılar. İsrail də onlara atəş açıdı – 60 nəfərdən artıq fələstinli həlak oldu, 3 minə yaxını isə yaralandı. Türkiyə İsrailin bu hərəkətini pislədi – Prezident Ərdoğan ərəblərin (müsəlmanların) Qəzzada baş verənləri görünməmiş laqeydliklə seyr etməsini təəssüf hissi ilə dilə gətirdi: «Qüds – sadəcə bir şəhər deyil, müsəlmanların rəmzidir… İslam dünyası Qüds imtahanından kəsildi…»

Əslində, islam dünyası deyilən bir quruluş yoxdur, sadəcə müsəlmanların yaşadığı coğrafi məkan var – orada heç vaxt birlik olmayıb, belə görünür ki, bundan sonra da olmayacaq. Nədən ki, bu məkanın böyük bir hissəsində müsəlman ərəblər yaşayırlar ki, onların satqınlığı hər kəsə bəllidir – özü də qazanılmış satqınlıq yox, genetik satqınlıq! Belə olmasaydı ərblərin əhatəsində yer almış kiçicik İsrail, «atdodaq satqınlar»ın başına bunca müsibətlər gətirə bilməzdi – başqa sözlə, onları «qaz yerinə qoyub, yola bilməzdi»…

Bəs, ötən 70 ildə İsrail ərəbləri necə «qazlayıb»? Suala cavab vermək üçün KİV-lərin bu mövzuda dərc etdikləri uyğun materiallara müraciət etmək istəyirəm. Bu baxımdan, 2009-cu ildə «Komsomolskaya pravda» qəzetinin müxbiri Darya Aslamovanın «Xolokost qurbanları genosid törədə bilərmi?» başlıqlı məqaləsindən (08-09 fevral 2009-cu il) bəzi parçaları hörmətli oxucuların diqqətinə çatdırıram…

Hər cür terrorçu ərəblər…
«İşğal altında olan ərazilərdəki əsgərlərə İsrail hərbi komendantının hər zaman qüvvədə olan əmri: Əsəbi piyada onda şübhəli bilinir ki, o, ərəb terrorçusudur. Sakit piyada onda şübhəli bilinir ki, o – soyuqqanlı ərəb terrorçusudur. Yuxarı baxan piyada, onda şübhəli bilinir ki, o, dindar ərəb terrorçusudur. Aşağı baxan piyada – utancaq ərəb terrorçusudur. Gözlərini bağlamış piyada – yatmaqda olan ərəb terrorçusudur. Evdə oturan ərəb – xəstə ərəb terrorçusudur. Yuxarıda sadalanan terrorçular həbs olunmalı və xəbərdarlıq atəşindn sonra, morqa aparılmalıdır…»

Yüngülcə təkan
Aslamova daha sonra yazır: «Mən, həmin andaca israilli general Dan Halutsu xatırladım. Jurnalistin «Sıx məskunlaşmış Fələstin kvartallarına bomba atarkən, hansı hissləri keçirirsiniz?» sualına, general belə cavab verib: «Raket təyyarədən çıxarkən, sol tərəfə yüngülcə təkan…»»

«Böyük türmədən ən kütləvi qaçış…»
qezza01«

 

Ötən ilin (2008-ci il – M.A.) yanvarında, İsrail blokadanı sərtləşdirərkən, Qəzzanı aclıq bürüdü. Ümidsizliyə qapılmış insanlar qaçış yapdılar. Onlar Misirlə sərhəddəki metal divarı partlatdılar və on minlərlə Qəzza sakini «xoşbəxtlik»dən gülüb-ağlayaraq, «azadlığa» çıxdı. Jurnalistlər bunu «bəşəriyyət tarixində insanların məhbəsdən ən kütləvi qaçışı» adlandırdılar. Üç gün ərzində bu zavallılar qızdırmalı adamlar kimi, ərzaq malları, benzin, kerosin və tikinti materiallarına girişdilər. Bu zaman İsrailin Xarici İşlər Nazirliyi Misirdən tələb etdi ki, gecikmədən sərhədi bağlasın – «təhlükəli elementlər» Qəzzaya keçə bilməsinlər. İnsanları, hevan kimi, yenidən türməyə qovdular, bütün giriş-çıxışı isə hördülər…» – deyə, müəllif davam edir.

«Qəzzada doğulmusansa…»
Qəzza sakinlərinin gerçək durumunu müəllif belə təsvir edir: «Əgər Qəzzada doğulmusansa – sən, pasportsuz, ölkəsiz, vətəndaşlığı olmayan, hərəkət azadlığı olmayan birisisən. Sən, təkcə doğum faktına görə, ömürlük həbsə atılmısan. Sənin qarşında gözəl plyajlar var, amma sən, dənizə girməyə qorxursan – İsrail müntəzm olaraq, diqqəti yayınmışları güllələyir. Sənin limanın var, amma oraya gəmi girə bilməz – İsrail qırx illik blokadanı yarmağa cürət edən istənilən gəmiyə hücum edir. Burada aerodromlar var, amma heç vaxt oradan təyyarə qalxmır – İsrail uçuş xəttini çoxdan bombalayıb…»

Qəzza – səma altında nəhəng bir «əsir düşərgəsi», buranın sakinlərinə qarşı İsrailin yeritdiyi siyasət isə amansız genosid deyilmi?!

 



Paylaş:


Müəllif : Tarix:
21-05-2018, 15:51
  


loading...
Загрузка...