X
İran ritorikasını dəyişməlidir – Politoloq » Regionxeberleri.com İran ritorikasını dəyişməlidir – Politoloq » Regionxeberleri.com

reklam
» » İran ritorikasını dəyişməlidir – Politoloq

reklam

İran ritorikasını dəyişməlidir – Politoloq

Avropa İttifaqı ölkələri ABŞ-la eyni mövqedən çıxış edə bilər.

Bu sözləri  politoloq İlqar Vəlizadə İranın nüvə sazişini saxlamaq üçün Avropa ölkələrinə 7 şərt irəli sürməsinə münasibət bildirərkən deyib. O bildirib ki, İranın hazırki vəziyyətdə bu cür bəyənatlarla çıxış etməsi bir qədər təhlükəlidir:

“İranın bu cür bəyənatlar səsləndirməsi məntiqə uyğun deyil. Belə bəyənatların sayının artması Avropa İttifaqı ölkələrini sanksiyalarla bağlı qərarlarına yenidən baxmasına gətirib çıxarar. Yəni onlar İrana qarşı öz mövqelərini daha da sərtləşdirərlər. ABŞ-ın nüvə sazişindən çıxdığı və İrana qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı bəyanatlar səsləndirdiyi vaxtda İran rəsmilərinin mövqeləri anlaşılmazdır. Hazırda gedən proseslər İranın xeyrinə deyil”.

Politoloq qeyd edib ki, İranın bu cür bəyənatları ardıcıl xarakter daşısa, Avropa ölkələri və ABŞ arasındakı İranla bağlı gərginlik azalacaq:

“Bütün hallarda ABŞ diplomatiyası da bunda maraqlıdır. ABŞ Aİ ölkələrinin də İrana qarşı sərt mövqe sərgiləməsi üçün bu istiqamətdə hansısa tədbirlər görə bilər. İran hazırki ritorikasını dəyişməsə, münasibətlər dəyişəcək”.

Qeyd edək ki, İranın Ali dini lideri Seyid Əli Xamenei nüvə sazişini saxlamaq üçün Avropa ölkələrinə 7 şərt irəli sürüb. Bu şərtlər arasında İranla əməkdaşlıqla bağlı Avropa banklarına zəmanət verməsi, İran neftinin satışı ilə bağlı da bu zəmanətin möhkəmləndirilməsi dayanır. Bundan başqa, Tehran tələb edir ki, Avropa onun bölgədəki fəallığı məsələsinə toxunmasın.


Paylaş:


Müəllif : Tarix:
25-05-2018, 08:45
  


loading...