X
“Google maps”də Azərbaycana qarşı təxribat - VİDEO » Regionxeberleri.com “Google maps”də Azərbaycana qarşı təxribat - VİDEO » Regionxeberleri.com

reklam
» » “Google maps”də Azərbaycana qarşı təxribat - VİDEO

reklam

“Google maps”də Azərbaycana qarşı təxribat - VİDEO

Dünyanın məşhur onlayn xəritə platforması olan “Google maps” Azərbaycan ərazilərini şübhə altına alan addımlar atmaqda davam edir.
Regionxeberleri.com “xezerxeber.az”a istinadən xəbər verir ki, sözügedən platformada işğal altında olan rayonlarımızın adları Azərbaycan dili ilə yanaşı, erməni dilində də verilir.
Xarici İşlər Nazirliyi isə bu məsələdə vətəndaşları fəal olmağa çağırır.Tarixi Azərbaycan rayonlarının adları elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilir.
Bu qanunsuzluğa “Google maps”-də yol verilib. Adıçəkilən elektron xəritədə işğal altında olan Dağlıq Qarabağ ərazisi və ətraf rayonların adları həm Azərbaycan, həm də erməni dilində yazılıb. Üstəlik, bu təxribatçı addım artıq bir neçə dəfədir ki təkrarlanır.
Məsələdən Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev deyir ki, bununla bağlı dəfələrlə “Google” şirkətinin mərkəzi ofisinə müraciətlər gondərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb.
Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “Google maps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Hikmət Haciyev deyir ki, bu halda vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər...
Hikmət Haciyev deyir ki, Azərbaycan tərəfi siyasi müstəvidə məsələ ilə bağlı BMT-nin kartoqrafiya komitəsinə də müraciət edib.
Hikmət Haciyev məsələ ilə bağlı diaspora təşkilatları ilə birlikdə adların dəyişdirilməsi istiqamətində tədbirlərin görüldüyünü bildirib.



Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 11:12
  


loading...