X
Paşinyandan növbəti hücum: Meriyada yoxlamalar başladı » Regionxeberleri.com Paşinyandan növbəti hücum: Meriyada yoxlamalar başladı » Regionxeberleri.com

reklam
» » Paşinyandan növbəti hücum: Meriyada yoxlamalar başladı

reklam

Paşinyandan növbəti hücum: Meriyada yoxlamalar başladı

Ermənistanın yeni hökuməti Serj Sərkisyanın Respublika Partiyasının hakimiyyətdəki son dayağı olan İrəvan merinə qarşı yeni hücuma başlayıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti meriyada yoxlamalara start verib. Yoxlamaların daha çox mer Taron Markaryanın rəhbərlik etdiyi “İrəvan” fondu ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Markaryana qarşı hücumlar şiddətlənib. Nikol Paşinyanın baş nazir seçilməsindən sonra onun tərəfdarları bir neçə həftə İrəvan meriyası önündə etiraz aksiyaları keçiriblər. Aksiyalara xüsusilə Vətəndaş Müqaviləsi Partiyasının həmsədri Alen Simonyan öndərlik edib. Lakin Markaryan sonradan Simonyanı İrəvan Şəhər Şurasından uzaqlaşdırmağı bacarıb və öz postunun təhlükəsizliyini təmin edib.

Sonrakı müddətdə Markaryana qarşı hökumətin təzyiqləri kəsilmək bilməyib. Hökumət bu dəfə İrəvan Fondunu hədəf seçib və burada ciddi maxinasiyalara yol verildiyini iddia edib. Markaryan isə öz növbəsində bu fond vasitəsilə həyata keçirdiyi korrupsiya fəaliyyətlərini gizlətmək üçün fondu bağlayacağını söyləyib. Hökumət Markaryanın bu istəyi ilə razılaşmayıb.

Taron Markaryan Ermənistan keçmiş hakim partiyasında böyük nüfuzu olan şəxsdir. Atası Andranik Markaryanın həm Respublika Partiyasının yaradıcılarından biri, həm də baş nazir (2000-2007-ci illər) olması və siyasi elitada ölümündən sonra da yüksək nüfuzunun qalması Taron Markaryanın sonra mer vəzifəsinə qədər yüksəlməsinə şərait yaradıb.


Paylaş:


Müəllif : Tarix:
13-06-2018, 13:27
  


loading...