reklam
» » «ABŞ əvvəlki kimi, alyansa sadiqdir» – NATO-nun Baş katibi

reklam

«ABŞ əvvəlki kimi, alyansa sadiqdir» – NATO-nun Baş katibi

NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) transatlantik birliyə əvvəlki kimi sadiqdir, Avropada ABŞ-ın iştirakı artır və bunlar özlüyündə, hər-hansı bəyanatdan yaxşıdır.

Cümə axşamı Xorvatiya Prezidenti Kolido Qrabar-Kitaroviçlə keçirdiyi birgə mətbuat konfransında jurnalistlər Stoltenberqdən soruşublar ki, ABŞ Prezidentinin G7 sammitinin yekun bəyannaməsini imzalamamasını necə qiymətləndirir?

«Prezident Donald Tramp və ABŞ NATO-nun transatlantik əlaqələrinə sadiqdirlər – bu, dəfələrlə birmənalı şəkildə bəyan olunub. ABŞ-ın transatlantik əlaqələrə və NATO-ya yönəlik öhdəlikləri təkcə eşitdiklərimizdən ibarət deyil – biz, bunu yerlərdə konkret fəaliyyətdə görürük. İşlər isə daha hündürdən deyir, nəinki sözlər. Biz görürük ki, ABŞ hazırda Avropada öz iştirakını genişləndirir. Burada çoxlu təlimlər, güc – Avropanın təhlükəsizliyi üçün daha çox investisiya…» – deyə, Stoltenberq bəyan edib.

«Mən, etiraf edirəm – ökeanın hər iki tərəfində dövlətlər arasında fikir ayrılıqları var, amma bunda heç bir yenilik yoxdur, bunu əvvəllər də görmüşük» – alyans rəhbəri əlavə edib. O, qeyd edib ki, ilk növbədə, müttəfiqlərin alyansın əsas tapşırıqları ətrafında birləşmək qabiliyyəti olduqca vacibdir.



Paylaş:


Müəllif : Tarix:
15-06-2018, 08:55
  


loading...
Загрузка...