X
İran Hörmüz boğazını bağlasa, nə baş verər? - Neftin qiyməti 400 dollara yüksələr » Regionxeberleri.com İran Hörmüz boğazını bağlasa, nə baş verər? - Neftin qiyməti 400 dollara yüksələr » Regionxeberleri.com

reklam
» » İran Hörmüz boğazını bağlasa, nə baş verər? - Neftin qiyməti 400 dollara yüksələr

reklam

İran Hörmüz boğazını bağlasa, nə baş verər? - Neftin qiyməti 400 dollara yüksələr

İranın Hörmüz boğazını bağlaması dünyada enerji böhraı yaradar və bu təqdirdə neftin qiyməti hətta 400 dollar/barellə yüksələ bilər. Amma çətin ki, reallıqda belə tədbir görülə bilsin. Nədən ki, bu, ölkə üçün intihar və faktiki olaraq, Amerika Birləşmiş Ştatlarına (ABŞ), Avropaya və Çinə «müharibə elan etmək» olardı. Bu fikiri Rusiyalı ekspert Vasili Tanurkov səsləndirib.
Çərşənbə günü İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəis müavini İsmaıl Koysari bəyan edib ki, əgər İran neftinin ixracı əngəllənərsə, İİKK Hörmüz boğazını neft daşıyan ökələrin üzünə bağlaya bilər.
Bundan əvvəl isə ABŞ Dövlət Departamentinin yüksək məqamlı nümayəndəsi jurnalistlərə bəyan edib ki, Vaşinqton öz müttəfiqərini inandırmağa çalışacaq ki, noyabrın əvvəlinə İrandan neft almağı tam dayandırsınlar. Onun sözlərinə görə, belə müzakirələr digər dövlətlərlə, o cümlədən Çinlə də aparılır.

«Hörmüz boğazının bağlanması dünya enerji böhranına və neftin nəzarət olünmayan qiymət artımına gətirib çıxarar. Burada ixtiyari rəqəmi səsləndirmək olar – bir barell üçün 200 dollar da, 400 dollar da. Amma bu, demək olar, mümkün deyil və faktiki olaraq, İran tərəfdən digər neft daşıyan dövlətlərə – ABŞ, Avropa və Çinə «müharibə» elan etmək olardı» - deyə, Tanurkov bildirib.
O, xatırladıb ki, İran dövrü olaraq belə bəyanatlar səsləndirir.

«Hörmüz boğazının real blokadası İran üçün «özünəqəsd» olardı. Belə ki, Hörmüz boğazından keçməklə, İran, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və İraq nefti daşınır. Ümumilikdə, neft ixracı ticarətinin 20 faizi boğazdan keçir  və üstəgəl, Qətərin sıxılmış qazı. Neft dünyanın hər yerinə göndərilir və buna hər-hansı alternativ yol yoxdur» - deyə, ekspert izah edib.



Paylaş:


Müəllif : Tarix:
5-07-2018, 19:05
  


loading...