X
ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək » Regionxeberleri.com ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək » Regionxeberleri.com

reklam
» » ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək

reklam

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib ki, rəhbərlik etdiyi qurumun Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək planları yoxdur.

Bu barədə Mnuçin Nümayəndələr Palatasında çıxışı zaman bildirib.

“KXDR-in ABŞ-ın sanksiyalarının ləğvi üçün hansı addımları atacağına və ya atmayacağına dair fikir bildirməyəcəm. Lakin mətbuatda yazılanlara inanmayın”, - Mnuçin deyib.

Birləşmiş Ştatların prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında iyunun 12-də baş tutan görüş iki ölkə tarixində ilk sammit olub.

Görüşün nəticələrinə görə Tramp bəyan etmişdi ki, Koreya yarımadasının nüvə silahından azad olması prosesi qısa zamanda başlayacaq.


Paylaş:


Müəllif : Tarix:
12-07-2018, 20:03
  


loading...