reklam
» » Donald Tramp rus casuslarından söz açdı

reklam

Donald Tramp rus casuslarından söz açdı

ABŞ prezidenti Donald Tramp Rusiyanın 12 kəşfiyyatçısına qarşı irəli sürülən ittihamlara münasibət bildirib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

Prezident bildirib ki, sözügedən hadisə onun deyil, Barak Obamanın dövlətə başçılıq etdiyi dövrdə baş verib:

“Maraqlıdır, nə üçün onlar tədbir görməyib? Xüsusən də nəzə alsaq ki, FTB seçkilər ərəfəsində bu barədə Barak Obamanı məlumatlandırıb”.

Daha öncə ABŞ ədliyyə nazirinin müavini Rod Rozenstayn bəyan edib ki, Donald Tramp “Rusiya işi” ilə əlaqədar meydana gəlmiş yeni ittihamlarla tanış olub.

İyulun 13-də ABŞ 12 Rusiya kəşfiyyatçısını 2016-cı ildə prezidentliyə namizəd Hillari Klintonun kompüter şəbəkəsinə müdaxilədə ittiham edib.


Paylaş:


Müəllif : Tarix:
14-07-2018, 15:38
  


loading...
Загрузка...