Paşinyanın həyat yoldaşı Azərbaycana səsləndi » Regionxeberleri.com Paşinyanın həyat yoldaşı Azərbaycana səsləndi » Regionxeberleri.com

reklam
» » Paşinyanın həyat yoldaşı Azərbaycana səsləndi

reklam

Paşinyanın həyat yoldaşı Azərbaycana səsləndi

Ermənistanın baş naziri Nikola Paşinyanın həyat yoldaşı - Anna Akopyan - “Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində yenidən Rusiyaya gedəcək.

Bu barədə Akopyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz artıq səfərə hazırlaşırıq. Bu kampaniya davam edəcək”, - erməni baş nazirin həyat yoldaşı deyib.

Anna Akopyan kampaniyası haqqında iyul ayında Moskvaya səfəri zamanı açıqlama vermişdi.

O qeyd edib ki, kampaniyanın əsas məramı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməkdir:

“Münaqişənin necə alovlandığı əhəmiyyətli deyil. Əsas bu münaqişəyə görə həyatlarını qurban verən gənclərin taleyidir”.

O, bu təşəbbüsün Azərbaycan qadınlarının da diqqətinə çatdırılmasını istəyib.

Rəsmi Bakı buna cavab olaraq bildirib ki, Qarabağda sülhün bərqərar olması üçün Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır.


Paylaş:


Müəllif : Tarix:
7-08-2018, 21:10
  


loading...