reklam
» » Bu 4 ölkənin zirvəsi Cenevrə görüşünü əvəz edə bilməz - ABŞ

reklam

Bu 4 ölkənin zirvəsi Cenevrə görüşünü əvəz edə bilməz - ABŞ

Türkiyədə keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə-Fransa-Almanya zirvəsi Cenevrə prosesinin yerini ala bilməyəcək.

Bunu ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert bildirib.

"Heç bir görüş Cenevrənin yerini ala bilməz. Bu, bizim üçün Cenevrə prosesinə bağlılığı təsdiq etmək üçün bir nümunə və səbəbdir. Biz Cenevrə prosesini Suriyadakı qarşıdurmanın uzun müddətli siyasi həllinə aparan yeganə yol kimi görürük", - Noyert qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay açıqlamasında 7 sentyabrda İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin sammitinin keçiriləcəyini bəyan edib.


Paylaş:


Müəllif : Tarix:
16-08-2018, 08:41
  


loading...
Загрузка...