reklam
» » Koçaryan Paşinyanı zəif yerindən vurur - TƏHLİL

reklam

Koçaryan Paşinyanı zəif yerindən vurur - TƏHLİL

“Ermənistanın baş naziri Nikol Paşinyan 17 avqust mitinqi ilə həm müxalifətə, həm də ondan narazı olan Moskvaya gücünü göstərdi”.

Modern.az saytının məlumatına görə, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, mitinq Paşinyanın gücünü heç də artırmır:

“Ermənistanın baş naziri Nikol Paşiyan avqustun 17-də İrəvanda mitinq keçirdi. Mitinq Paşinyanın hakimiyyətdə olduğu 100 günə həsr olunmuşdu. Mitinqə on minlərlə insan qatılmışdı. Paşinyanın mövqeyinin güclənməsinə 3 amil mane olur.

Birinci amil onun parlamentdəki mövqeyinin zəifliyidir. O güclə baş nazir mandatı alıb. Hansısa partiyanın ona qarşı səsvermə prosesduruna başlamasını təklif etməsi yetərlidir ki, Paşinyan baş nazir kreslousunu itirsin. Məsələn, Respublika Partiyası və Daşnaksütyun Partiyasının 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi eks-prezident Robert Koçaryanı dəstəkləyir”.

Politoloq qeyd edib ki, Paşinyana qarşı olan müxalifətin kifayət qədər maliyyə və media resursu var:

“Bu, ikinci amildir. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq, administrativ resurs hələ onun xeyrinə deyil. Məsələn, Koçaryan həbsdən azad olunan kimi Daşnaksütyun Partiyasının televiziyasında onun müsahibəsi yayımlandı. Və ya məlum oldu ki, Koçaryanı həbsdən azad edən hakim vaxtilə Prezident Administrasiyasında onun işçisi olub.

Üçüncü amil Rusiyadır. Koçaryan Paşinyanı zəif yerindən vurur. Koçaryan Paşinyanın “Rusiya Ermənistndakı yeni şərtlərə adaptasiya olunmalıdır” sözlərini kəskin tənqid edərək Rusiyaya xoş gəlsin deyə, belə bir ifadə işlədib: “Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunmalıdır””.

E.Şahinoğlunun sözlərinə görə, Koçaryanın Moskvaya daha çox yaxınlığı Paşinyanın problemlərini artıracaq:

“Paşinyanın hazırki reytinqi hələ ki, yüksəkdir. Ancaq onun əlində iqtisadi islahatları dərinləşdirmək üçün resursları azdır, əngəllər isə çoxdur. Ermənistanda növbədənkənar parlament seçkisi 2019-cu ilin may ayında keçiriləcək. Həmin tarixə qədər Paşinyana olan dəstək azala da bilər”.


Paylaş:


Müəllif : Tarix:
18-08-2018, 11:16
  


loading...
Загрузка...