reklam
» » Donald Trampdan İrana müharibə mesajı — “Təxribatlara dözməyəcəyik!”

reklam

Donald Trampdan İrana müharibə mesajı — “Təxribatlara dözməyəcəyik!”

Bu barəd Ağ Evin sözçüsü Şon Spayser jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə,  D.Tramp bildirib ki, rəsmi Vaşinqton İranın hərbi dəniz donanmasının törətdiyi təxribatlara dözmək niyyətində deyil.
“Mühüm strateji əhəmiyyət daşıyan Hörmüz boğazında İranın Hərbi Dəniz Donanmasının keçirdiyi təlimlər nəticəsində ABŞ-ın gəmiləri hərəkət istiqamətini və kursunu dəyişməli olublar. Bu İran hökumətinin növbəti təxribatıdır. Biz buna cavab olaraq İrandan təxribatlara son qoymağı tələb edirik. İranın bu təxribatlarına dözməyəcəyik”, - deyə D.Tramp bildirib.
Şon Spayser qeyd edib ki, Tramp İranın bu təxribatlarına hərbi müdaxilə etməklə cavab verməyi düşünür.
Qeyd edək ki, Hörmüz boğazı mühüm strateji əhəmiyyət daşıyır. Dünya neft tranzitinin üçdə bir hissəsi bu boğaz vasitəsilə həyata keçirilir. İran də, məhz həmin istiqamətlərdə hərbi təlimlər keçirməyə başlayıb.


Paylaş:


Müəllif : Tarix:
9-03-2017, 00:45
  


loading...
Загрузка...