reklam
» » Cənubi Koreya liderinin Şimala səfəri başladı

reklam

Cənubi Koreya liderinin Şimala səfəri başladı

Cənubi Koreya lideri Mun Çje İnin Şimali Koreyanın paytaxtı Pxenyana səfəri başlayıb.

Bu barədə RİA informasiya yayıb.

Məlumata görə, hava limanında Cənubi Koreya prezidentini Kim Çen İn özü qarşılayıb. Prezidentin qarşılanma mərasimi televiziya vasitəsilə canlı yayımlanıb. Yol boyu liderlərin avtomobil karvanının keçdiyi ərazilərdə əhali “Vahid vətən” şüarları səsləndirib.

Qeyd edək ki, üç gün davam edəcək səfər çərçivəsində liderlər iki dəfə görüşəcək. Səfər çərçivəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi müzakirə olunacaq.


Paylaş:


Müəllif : Tarix:
18-09-2018, 11:23
  


loading...
Загрузка...