reklam
» » Merkel və Putin Suriyanı müzakirə edib

reklam

Merkel və Putin Suriyanı müzakirə edib

Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu haqda Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

O qeyd edib ki, onların dialoqunun əsas mövzusu Suriyadakı vəziyyət olub.

Söhbət, əsasən, Rusiya Federasiyası ilə Türkiyə arasında Suriyanın İdlib əyalətində hərbisizləşdirilmiş zona yaradılması barədə razılaşmadan sonra oradakı vəziyyətdən gedib.

Merkel münaqişənin genişlənməsinin qarşısını almağa və dinc əhalinin müdafiəsinə yönəlmiş səyləri alqışlayıb.

“Müxalifət və Suriya hökumət qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enində bufer zonasının oktyabrın 15-dək yaradılması planlaşdırılıb. Bu zonada türk bölmələri və Rusiya hərbi polisi keşik çəkəcəklər. Oktyabrın 10-dək bütün ağır silahlar və döyüşçülər, o cümlədən “Cabhat an-Nusra” terrorçuları həmin zonadan çıxarılmalıdır”, - deyə o qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
20-09-2018, 16:47
  


loading...
Загрузка...