reklam
» » Ukraynanın Donbası güc yolu ilə qaytarmaq imkanı olmalıdır – Poroşenko

reklam

Ukraynanın Donbası güc yolu ilə qaytarmaq imkanı olmalıdır – Poroşenko

Prezident Pyotr Poroşenko Ali Radaya ünvanladığı bugunkü ismarışında bəyan edib ki, Donbası güc yolu ilə nəzarət altına qaytarmaq üçün Ukraynanın imkanı olmalıdır. Xəbəri «UNİAN» yayıb.

Dövlət başçısının sözlərinə görə, Rusiya Ukraynanın beynəlxalq müttəfiqlərini inandırmağa çalışır ki, guya Kiyev Donbasın azad edilməsi üçün güc ssenarisi hazırlayır.

«Əlbəttə, bizim belə opsiyamız olmalıdır, nədən ki, hər bir ordu istənilən ssenariyə hazırdır. BMT Nizamnməsinin 51-ci maddəsinə uyğun olaraq, Ukraynanın özünü müdafiə hüququ var. Biz, bu yaxınlarda Donbasın reinteqrasiyası barədə qəbul etdiyimiz qanunla bunu vurğuladıq» – Poroşenko bəyan edib.

Bununla bərabər, prezident bildirib ki, Ukraynanın «sülh strategiyası məqsədə siyasi-diplomatik yolla» çatmaqdan ibarətdir və məhz bu variant Ukrayna üçün optimaldır və onun maraqlarına uyğun gəlir.

Bununla əlaqədar olaraq, prezident Donbasın xüsusi statusu barədə qanunun vaxtının uzadılması imkanının olduğunu da bəyan edib. Onun fikrincə, bir il əvvəl belə qanunun fəaliyyəti sayəsində «kozırı Putinin əlindən almaq» mümkün oldu.

“Kreml və onun «quyruq bulayanları» növbəti dəfə Avropa cəmiyyətini inandırmağa çalışırlar ki, guya Ukrayna tərəfi qanunun fəaliyyətini uzatmağa hazır deyil. RF-nın fikrincə, guya bu, Ukraynanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək qabiliyyətində olmadığının göstəricisidir və deməli, sanksiyalar aradan qaldırılmalıdır” – deyə, Poroşenko vəziyyətə yönəlik baxışlarını şərh edib.

O, qeyd edib ki, Rusiyanın şansı olmamalıdır ki, Ukraynanı günahlandırsın və sanksiyaların zəiflədilməsinə nail olsun.

Poroşenko onu da tələb edib ki, Donbasın bütün ərazisində – Rusiya-Ukrayna sərhədi də daxil olmaqla – BMT-nin sülhməramlı missiyası yerləşdirilməlidir.



Paylaş:


Müəllif : Tarix:
20-09-2018, 20:28
  


loading...
Загрузка...