reklam
» » AŞPA Ermənistanda monitorinq aparacaq

reklam

AŞPA Ermənistanda monitorinq aparacaq

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsi respublikada cərəyan edən siyasi proseslər haqqında məlumat toplaması üçün Ermənistana nümayəndə heyəti göndərəcək.

Bu barədə “Facebook” səhifəsində Ermənistanın vitse-spikeri, AŞPA-da erməni nümayəndə heyətinin başçısı Arpine Ovannisyan yazıb.

O qeyd edib ki, Ermənistan üzrə həmməruzəçilərin səfərinin nəticələri barədə komitənin ilk iclasında məlumat verilməlidir.

Sentyabrın 12-də erməni nümayəndə heyətinin rəhbəri bildirib ki, AŞPA-nın siyasi məsələlər və demokratiya üzrə komissiyası Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı cinayət işini, həmçinin ölkədəki daxili siyasi vəziyyəti müzakirə edib.

Onun sözlərinə görə, komissiya Ermənistanda qanunun aliliyi, qanunverici və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatına, həmçinin siyasi təqiblərə dair məsələlərin monitorinqinin keçirilməsi üçün AŞPA-nın Monitorinq komissiyasına məktub göndərəcək.


Paylaş:


Müəllif : Tarix:
22-09-2018, 21:43
  


loading...
Загрузка...