reklam
» » İsrail kişiyə yaraşmayanı etdi: dərhal vurulacaq - Deputat

reklam

İsrail kişiyə yaraşmayanı etdi: dərhal vurulacaq - Deputat

İl-20 olayından sonra Suriyada Rusiya qüvvələrinin olduğu ərazinin hava məkanına giriş İsrail təyyarələri üçün bağlı olmalıdır.

Bu sözləri rusiyalı deputat Yuri Şvitkin deyib.

“Əsgərlərimizin təhlükəsizliyi bizim üçün olduqca önəmlidir. Əgər qapalı bölgəyə İsrail təyyarələri icazəsiz daxil olarsa, o zaman dərhal vurulacaq. Belə bir provokasiya qəbuledilməzdir. Hətta deyərdim ki, kişiyə yaraşmayan hərəkətdir. İsrail Rusiya ilə olan razılaşmaları birbaşa pozur”, - deputat bildirib.

Qeyd edək ki, Rusiyanın İl-20 təyyarəsi Suriyada vurulandan sonra İsrail qırıcılarının bu əraziyə girişinin qadağan edilməsi barədə çoxsaylı açıqlamalar verilir.


Paylaş:


Müəllif : Tarix:
24-09-2018, 08:30
  


loading...
Загрузка...