reklam
» » Mingəçevirin İcra başçısı kim olacaq? - İDDİA

reklam

Mingəçevirin İcra başçısı kim olacaq? - İDDİA

Xəbər verildiyi kimi, bir müddət əvvəl Niyazi Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə şəhər rəhbərliyinə gətirildi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinə isə hələlik yeni təyinat yoxdur.Lakin sözügedən vəzifəyə iddiası olanlar artıq hərəkətə keçiblər,Şəhərdə gəzən şayiələrə görə,vəzifə iddiası ilə xüsusi canfəşanlıq edənlərdən biri də Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovdur. Deyilənə görə,onun Mingəçevirin İcra başçısı vəzifəsində çoxdan gözü var. İndi belə bir şansın yaranması onu bir xeyli ruhlandırıb və bununla bağlı səlahiyyətli havadarlarından dəstək almağa çalışır.Nə isə...

Regionxeberleri.com bildirir ki, Faktinfo.az-a daxil olan məlumatda bildirilir ki,Ə.Əyyubovun bu iddiası yerli sakinlər arasında bir mənalı qarşılanmır.Hətta deyirlər ki,Ə.Əyyubov İcra başçısı vəzifəsini ,deyəsən, San Marino Universiteti ilə qarışıq salıb. Sakinlərin sözlərinə görə,vaxtilə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin yaxın dostu kimi, tanınan belə bir şəxsin bu cür iddiaya düşməsi təəccüblüdür. Çünki, Əyyub müəllim bütün respublikada vətəndaşlarımızın diploma sahib olma faizinin yüksəlməsinə öz töhfələrini verən bir şəxs kimi tanınır və həmin ənənənin bünövrəsi hələ “məşhur" San Marino Universitetinin vaxtından qoyulub.

Bütün bunları nəzərə aldıqda isə Əyyub Əyyubovu şanslı biri kimi dəyərləndirmək mümkün deyil.

Məsələ ilə bağlı Əyyub Əyyubovla dəfələrlə telefon əlaqəsi saxlamağa cəhd göstərsək də,mövqeyini öyrənmək mümkün olmadı.



Paylaş:


Müəllif : Tarix:
24-09-2018, 13:16
  


loading...
Загрузка...