reklam
» » Rusiya narahatdır: ABŞ kosmosa elə bir aparat göndərib ki...

reklam

Rusiya narahatdır: ABŞ kosmosa elə bir aparat göndərib ki...

Roskosmos” ABŞ-ın fəzaya buraxdığı X-37 ilə bağlı rəsmi məlumat ala bilmir.

Bu sözləri “Roskosmos”un rəhbəri Dmitri Roqozin deyib. Roqozin bu aparatın silah daşıdığını istisna etməyib:

“Amerikalıların kosmoplana bənzər aparatı uçur. Bu aparatın hədəfini anlaya bilmirik. Rəsmi məlumat verilmir. Bu, elə bir texnikadır ki, bir neçə ay ərzində fəzada dolaşır, daha sonra yerə qayıdır. Bir müddətdən sonra yenidən kosmosa uçur. Güman edirik ki, bu aparat özündə hansısa silahı daşıyır”.

O bildirib ki, kosmosda silah yerləşdirilməsi, dislokasiyası Yerə nisbətdə daha rahatdır:

“Zərbə zamanı silahı müşahidə etmək mümkün deyil”.


Paylaş:


Müəllif : Tarix:
2-10-2018, 08:39
  


loading...
Загрузка...