reklam
» » Şiə liderdən Trampa: Buralar məzarlarla doldu

reklam

Şiə liderdən Trampa: Buralar məzarlarla doldu

Öz ölkəndəki kasıb xalqa, üzləşdikləri fəlakətlərə və ya Əkiz Qüllələrin dağılması kimi hadisələrə əyilmən lazımdır.

Bu sözləri İraqdakı şiə lider Müqtəda əs-Sədr ABŞ Prezidenti Donald Trampa müraciət edərkən bildirib.

Yoxa çıxan jurnalist Camal Qaşıqçı ilə bağlı mövqeyini bildirən şiə lider Trampa "Sən fironsan" deyə müraciət edib:

"Ölkəni islah et və qoy bizlər də öz ölkələrimizi və xalqlarımızı islah edək. İstəmədiyimiz şeyləri bizə təkid etmə. Bizim dinimiz bizə, səninki sənə.

Qaşıqçı hadisəsi ilə bağlı dünyanı lazımsız çağırışlarınla doldurma və işlənən cinayətin araşdırılmasını istəmək əvəzinə gözünü müayinə etdir. Yəmən, Suriya, Bəhreyn, Liviya, Myanma və Afrikada baş verənləri bəlkə görəsən. Buralar məzarlarla doldu və buraları müharibələr əzdi".


Paylaş:


Müəllif : Tarix:
17-10-2018, 08:38
  


loading...
Загрузка...