reklam
» » Rusiya ilə Avstriya arasında casus qalmaqalı böyüyür

reklam

Rusiya ilə Avstriya arasında casus qalmaqalı böyüyür

Rusiya Xarici İşlər Nazirliyi Avstriya hakimiyyətinin sabiq avstriyalı zabitin Moskvanın xeyrinə casusluq etməsinə dair iddialarına etiraz edib.

Rəsmi Moskva Vyananın bu cür bəyanatlarının iki ölkə arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxaracağını bəyan edib.
Məsələ ilə əlaqədar Avstriyanın Moskvadakı səfiri Yohannes Ayqner Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, bu gün Avstriyada Rusiyanın xeyrinə kəşfiyyat xarakterli materialların toplanmasında şübhəli bilinən sabiq polkovnik saxlanılıb. İddialara görə, həmin şəxs 20 il ərzində Rusiyanın xeyrinə casusluqla məşğul olub və bunun müqabilində 300 min avro alıb.


Paylaş:


Müəllif : Tarix:
9-11-2018, 22:01
  


loading...
Загрузка...