reklam
» » Rusiyaya qarşı “Reyqan planı”

reklam

Rusiyaya qarşı “Reyqan planı”

 
ABŞ köhnə taktikaya qayıdır
ABŞ-da Respublikaçılar Partiyasının yeni hakimiyyət komandasında Rusiya əleyhinə sərt çağırışların sayı artır.Xəbər verildiyi kimi, ABŞ Senatına Rusiyaya sanksiyaları nəzərdə tutan növbəti qanun layihəsi təqdim olunub.Layihənin müəlliflərindən biri, senator Con Makkeynin Almaniyanın “Deutsch Well” radiosuna müsahibəsində söylədiyi fikirlər ABŞ-Rusiya münasibətlərinin ən azı yaxın perspektivdə gərgin olacağından xəbər verir.“Artıq üç prezident Rusiya ilə münasibətləri yenidən qurmağa cəhd edib.Axırıncı bunun güc dili olduğunu anladı”.Bu sözləri amerikalı senator Con Makkeyn deyib.
“Mən üç prezident görmüşəm-Buş, Klinton və Obama.Onların hər üçü Rusiya ilə Vladimir Putinlə yeni qarşılıqlı münasibətlər quracaqlarına inanırdılar. Ancaq Rusiya rəhbərliyi ilə münasibətlərdə vacib olan yeganə strategiya “Reyqan prinsipləri”nə qayıtmaq-sülhə güc vasitəsilə nail olmaqdır. Təbii ki, Rusiya bu gücü anlamağa qadirdir.Təcavüzə verilən qiymət buna görə ödəniləndən daha baha olur”.Prezident Donald Trampın mətbuat konfransını şərh edən Con Makkeyn bildirib ki, yeni dövlət başçısı Rusiyanın seçki kampaniyası dövründə haker hücumlarına cavabdehlik daşıdığını tanıyıb və bu məmnunluq doğurur.
Senator güman edir ki, Rusiyanın kiberhücumlarda iştirakının olması şübhə doğurmur. Eyni zamanda, o, Putinlə yalnız güc mövqeyindən danışıqların zəruri olduğunu vurğulayıb”.

Makkeyn əlavə edib ki, Donald Trampın rusiyalı həmkarı ilə belə bir dialoq aparacağı haqda məlumata malik olmadığını deyib. Donald Tramp Vladimir Putinlə ümumi dil tapacağına inandığını söyləsə də bu, uğursuzluğa düçar ola bilər. Mən ümidvaram ki, biz onunla yola gedəcəyik.Ancaq bunun baş verməməsi ehtimalı da var”-Trapm Nyu-Yorkdakı mətbuat konfransında belə deyib.
Con Makkeynin sözlərinə görə, Putinin buna müsbət cavab verməsi passivlikdən aktivliyə doğru yaxşı işarədir. Respublikaçı senator onu da bildirb ki, Rusiya ilə seçkilərdə məğlub olmuş Hillari Klintondan da sərt davrana bilər.Qeyd edək ki, prezident D.Tramp ABŞ-ın yeni müdafiə naziri postuna anti-Rusiya mövqeyi ilə tanınan Ceyms Məttsi təyin edib.2003-cü ildə İraqa hərbi müdaxilə zamanı ABŞ silahlı qüvvələrinə komandanlıq etmiş Ceyms Mətts “Quduz köpək” ləqəbi qazanıb.
O, müdafiə naziri olacağı təqdirdə Rusiya ilə qarşıdurmaya dair strategiya hazırlamaq niyyətində olduğunu deyib. Ceyms Mətts bir müddət öncə Rusiyanı dünya nizamı üçün təhlükə törətməkdə, Çini isə Cənubi Çin dənizində terrorçu qrupların fəaliyyətini dəstəkləməkdə ittiham edib.Pentaqonun yeni rəhbəri Vaşinqtonla Moskva arasındakı gərginliyin aradan qalxa biləcəyinə ciddi inam bəslədiyini də dilə gətirib.
Siyasi müşahidəçilərin fikrincə, ABŞ hakimiyyətinin Rusiya ilə münasibətlərində hansı kursa üstünlük verəcəyi yalnız prezident Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra məlum olacaq.Donald Trampın seçki kampaniyası dövründə Rusiya ilə barışıq niyyətini elan etməsinə baxmayaraq, dövlət aparatındakı yeni təyinatlar tam əksini nümayiş etdirir.Hətta dövlət katibi postuna namizəd Reks Tillersonun Rusiyaya loyal mövqedən çıxış edəcəyi gözlənilsə də onun Putinin xarici siyasətini sərt tənqid etməsi Kremlin ümidlərinə zərbə vurub.Siyasi ekspertlər Respublikaçıların yeni komandasını Corc Buş dövründən də mühafizəkar hesab edirlər.
Senator Con Makkeynin Rusiyaya qarşı “Reyqan prinsipləri”ni təklif etməsi iki superdövlət arasındakı münasibətlərin “soyuq müharibə” dövründəki qədər gərgin olacağını istisna etmir. Xatırladaq ki, NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov ötən il mətbuata açıqlamasında ABŞ-ın Cənubi Qafqazda “Reyqan” əməliyyatı adlı layihə həyata keçirməyə hazırlaşdığını bildirmişdi. Ekspert 5 illiyə nəzərdə tutulan ”Reyqan" əməliyyatının əsas məqsədinin Cənubi Qafqaz ölkələrini Rusiya təhlükəsindən xilas etmək olduğunu deyib: “Çox güman ki, Vaşinqton bunun üçün külli miqdarda pul ayırıb. Əməliyyatın məqsədləri sırasında Cənubi Qafqaz ölkələrini müdafiə altına almaq, milli təhlükəsizliyini qorumaq, iqtisadi inkişafı təmin etmək, onlara hərbi və siyasi dəstək olmaq məsələləri də var. “Reyqan” əməliyyatı nəinki Cənubi Qafqaz, hətta onun bir qolu kimi İrana da hesablanıb. ABŞ Tehranla mümkün razılaşmadan sonra gələcəkdə dünya bazarında mühüm dəyişikliklər həyata keçirmək niyyətindədir.Bu isə Rusiyanın çökdürülməsinə gətirib çıxaracaq.Əməliyyatın adının “Reyqan” qoyulmasının da xüsusi bir nüansı var. Çünki SSRİ-nin dağılmasında və kapitalizmin inkişafında əsas rol oynayan şəxslərdən biri məhz sabiq prezident Ronald Reyqandır.Ona görə də həmin əməliyyatı belə adlandırıblar".Senator C.Makkeynin bu günlərdə alman radiosuna açıqlamasında “Reyqan prinsipləri”ndən söz açması bu planın icrasına başlamağın vaxtının çatması kimi başa düşülə bilər.


Paylaş:


Müəllif : Tarix:
15-01-2017, 17:59
  


loading...
Загрузка...