reklam
» » Senatorlar vəliəhdə qarşı birləşdi: CƏZA TƏLƏBİ

reklam

Senatorlar vəliəhdə qarşı birləşdi: CƏZA TƏLƏBİ

ABŞ-ın bir qrup senatoru jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı adı hallanan Səudiyyə şahzadəsi Məhəmməd bin Salman Əl-Saudun cinayət məsuliyyətinə cəlbini tələb edib. Senatorlar Konqresin Yuxarı Palatasına qətnamə layihəsi təqdim edib.

Sənəd Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələri tərəfindən birgə hazırlanıb. Qrupa senator Lindsi Qrem rəhbərlik dib. Sənəd qəbul ediləcəyi təqdirdə qanuni qüvvəsi olmayacaq, ancaq Senatın mövqeyini ifadə edəcək.

Qətnamə layihəsində hadisənin səbəbkarı kimi vəliəhd-şahzadə birbaşa ittiham edilir. Qeyd olunub ki, vəliəhd hadisə baş verən zaman təhlükəsizlik qüvvələrinə nəzaət edib.

Xatırladaq ki, Camal Qaşıqçı müxalif mövqeyilə tanınıb. O, oktyabrın əvvəlində Səudiyyə Ərəbstanının İstanbuldakı konsulluğunun binasından yoxa çıxıb. Daha sonra onun öldürüldüyü xəbəri yayılıb. Hadisəyə görə Səudiyyədə 18 nəfər məsuliyyətə cəlb olunub, 5 nəfər barədə edam qərarı verilib. Onlardan biri vəliəhd şahzadəyə yaxınlığı ilə tanınan generaldır.


Paylaş:


Müəllif : Tarix:
6-12-2018, 09:19
  


loading...
Загрузка...