reklam
» » Rusiyalılar Medvedyev hökumətini bəyənmir

reklam

Rusiyalılar Medvedyev hökumətini bəyənmir

Rusiya əhalisinin yarıdan çoxu hökumətin istefasına tərəfdardır. “Levada” sorğu mərkəzinin son sorğusunun nəticələri bunu göstərir.

Sorğu 2018-ci il dekabrın 13-dən 19-na qədər Rusiyanın 52 subyektinin 136 yaşayış məntəqəsində yaşı 18-dən yuxarı 1600 nəfər arasında aparılıb.

Novator.az bildirir ki, sorğunun nəticələrinə görə, respondentlərin 53%-i hökumətin istefasını istəyir.

Sorğu iştirakçılarının 57%-i hesab edir ki, Nazirlər Kabineti qiymət artımının və əhalinin gəlirlərinin azalmasının qarşısını almaq iqtidarında deyil.

Respondentlərin 46%-i hökumətin insanları işlə təmin etməyə, 43%-i vətəndaşların sosial müdafiəsinə hazır olmadığını iddia edir.

Rusiyalıların 36%-i hökumətin iqtisadi böhrandan çıxış yolu tapa bilmədiyini düşünür.

30% hesab edir ki, Nazirlər Kabinetinin iqtisadi inkişafla bağlı düşünülmüş proqramı yoxdur.

Sorğuya qatılanların yalnız 7%-i hökumətin fəaliyyətinə irad bildirməyib.

Rusiya hökuməti baş nazirdən, onun müavinlərindən, nazirlərdən ibarətdir.

Ötən ilin mayında prezident Vladimir Putinin yeni 6 illik hakimiyyət dönəmi başlayıb, Dmitri Medvedyev yenidən baş nazir təyin edilib.

1965-ci il təvəllüdlü Dmitri Medvedyev 1999-cu ildən mərkəzi hakimiyyət orqanlarında çalışır. Hökumət Aparatı rəhbərinin müavini, birinci müavini olub, Prezident Administrasiyasına rəhbərlik edib. 2005-ci ilin noyabrından baş nazirin birinci müavini olub, sonra baş nazir kürsüsünə gətirilib.

2008-2012-ci illərdə Rusiya prezidenti olub, 2012-ci ildə yenidən baş nazir təyin edilib.


Paylaş:


Müəllif : Tarix:
14-01-2019, 23:41
  




loading...
Загрузка...