reklam
» » Tramp Rusiya ilə bağlı qərar verəcək: 11 gün sonra

Tramp Rusiya ilə bağlı qərar verəcək: 11 gün sonra

 
Amerikanın yeni seçilən prezidenti Donald Tramp Rusiyaya qarşı hər hansı sanksiya qərarını inaqurasiyadan sonra verəcək.


Bunu Donald Trampın köməkçisi Kellien Konuey bildirib. Prezident qeyd edəb ki, inaqurasiya mərasimindən sonra kəşfiyyatla danışıqlar aparılacaq və kiberhücumlara görə Rusiyaya qarşı hər hansı tədbirlə bağlı qərar veriləcək.

Jurnalistlər Trampın köməkçisindən eyni zamanda Rusiyanı həm cəzalandırıb, həm də münasibətləri yoluna qoymağın mümkün olub-olmayacağı ilə maraqlanıblar. “Yoxsa Putin bu iki yoldan birini seçməlidir?” deyə Trampın köməkçisinə sual ünvanlanıb. Köməkçi bildirib ki, Trampın bunun hər ikisini etməsi vacib deyil: “İlk növbədə prezidnet terror təşkilatı olan İŞİD-ə qarşı mübarizədə rəsmi Moskva ilə əməkdaşlığı alqışlayar”.

Qeyd edək ki, 2016-cı ilin dekabrında rəsmi Vaşinqton seçki ərəfəsində Rusiyanın kiberhücumlar etdiyini nəzərə alaraq sanksiya tətbiq edib. Ardınca 35 rus diplomatı ölkədən çıxarılıb.(Cebhe.info)




Paylaş:


Müəllif : Tarix:
9-01-2017, 10:31
  
loading...