reklam
» » “ABŞ KXDR rəhbərliyini devirməyə hazırlaşmır” - Tillerson

reklam

“ABŞ KXDR rəhbərliyini devirməyə hazırlaşmır” - Tillerson

Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası Koreya Xalq Demokratik Respublikasının (KXDR) daxili işlərinə qarışmağa hazırlaşmır. Bu barədə ABŞ dövlət katibi Reks Tillerson «ABC» telekanalına verdiyi müsahibədə bəyan edib.
«Bizim, Şimali Koreyada rejimi dəyişmək niyyətimiz yoxdur – bu, bizim məqsədimiz deyil. Tamamilə aydındır – bizim məqsədimiz Koreya yarımadasında nüvə silahı ehtiyatlarını məhv etməkdən  ibarətdir» – deyə, Tillerson bəyan edib.
Onun sözlərinə görə, ötən Amerika-Çin sammitində Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpin «bölgədə vəziyyətin yeni ciddi və təhlükəli mərhələyə çatması fikiri ilə razı olduğunu bildirib».
«O, Pxenyana təsir göstərmək və onun nüvə silahına tələbatına münasibətini dəyişmək istiqamətindəki çalışmalara dəstək vermək istəyərdi. Vaşinqton bu məsələ ilə bağlı Pekindən gələcək çalışmalar gözləyir» – deyə, Tillerson bildirib və əlavə edib ki, Donald Trampla Çin lideri arasında bu günlçərdə baş tutmuş danışıqlar «xeyli açıq və səmimi» keçib.
Tillerson bir daha qeyd edib ki, KXDR-nın nüvə-raket proqramı ABŞ-da ciddi narahatlıq doğurur: «Biz, Pxenyana tam aydın şəkildə işarə vurduq ki, proqramın dayandırılmasını istəyirik».




Paylaş:


Müəllif : Tarix:
10-04-2017, 14:37
  


loading...
Загрузка...