reklam
» » “Ağ Ev”də dəyişiklik: Yeddi ölkə qorxuya düşüb

reklam

“Ağ Ev”də dəyişiklik: Yeddi ölkə qorxuya düşüb

ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ağ Evin saytında ciddi dəyişiklik baş verib.  
 Iqlim dəyişikliyi  və cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı siyasətə dair səhifə ləğv edilib. Bunun əvəzində səhifədə D.Trampın seçkiqabağı təbliğat kampaniyasında səsləndirdiyi “Amerikanın böyüklüyünü qaytaraq!” çağırışı yerləşdirilib.

Bundan başqa yeni prezidentin proqram təklifinə həsr olunmuş yeni bölmələr yaradılıb. Adminstrasiya bölmələri altı mövzuda cəmləşdirib:

“Hər şeydən əvvəl Amerika” planı ilk növbədə energetika sahəsində xərclərin azaldılmasına çağırır və  ABŞ resurslarından maksimum istifadəni nəzərdə tutur.

“Hər şeydən əvvəl Amerika” planı  xarici siyasətdə birinci növbədə radikal islamçı terror təşkilatları üzərində qələbəni  qarşıya məqsəd qoyur.

Yaxın 10  ildə 25 milyon yeni iş yerlərinin açılması və illik gəlirin 4 faizə qaytarılması vəd edilir.

Raketdən müdafiə sistemlərinin bərpası və qurulması ilə müdafiə gücünün artırılması planlaşdırılır.

Bölmədəki  hüquq-mühafizə orqanlarının dəstəklənməsi üzrə plana qonşu ölkələrlə sərhəddə qanunsuz miqrasiyanın, cinayətkar, zorakı dəstələrin və narkotik axınının qarşısını almaq məqsədilə divarların tikilməsi, qaçqın şəhərciklərinin ləğv edilməsi, qeyri-leqal  və zor tətbiq etməklə cinayət törətmiş immiqrantların ölkədən departasiya edilməsi nəzərdə tutulur.

“İşləyən bütün amerikalılar üçün ticarət münasibətləri” bölməsi Trans-Sakit Okean Əməkdaşlığından çıxmağa və Şimali Amerikada azad ticarət üzrə danışıqları yenidən davam etdirməyə çağırır.

ABŞ-ın “Time” jurnalının yazdığına görə, yeddi dövlət Donald Trampın prezident olmasından qorxuya düşüb.  Həmin ölkələr arasında ilk sırada Meksikanın adı çəkilir. Prezident Tramp ABŞ-Meksika sərhədində divar inşa etdirəcəyini dəfələrlə bəyan edib. Donald Tramp bu məqsədlə divar haqqında qanun layihəsi də hazırlayıb. O, vədinə əməl edərsə, bir neçə milyon insan ölkədən deportasiya olunacaq və Meksikanın ticarətinə ciddi təziq göstərəcək. Yeni dövlət başçısı Çin haqqında da xoşagəlməz sözlər deyib. Lakin Meksika öz mal və məhsullarının 80 faizini ABŞ-a ixrac edir, idxalın 60 faizini də Birləşmiş Ştatların payına düşür. Meksika belə zərbəyə dəfələrlə  az dərəcədə hazırdır. Hətta Tramp özünü bir qədər yumşaq aparsa belə onun təhlükəsi və düşməncəsinə ritorikası gələn il keçiriləcək prezident seçkilərində Andres Manuel Lopes Obradorun şanslarını artıra bilər. Bu iki nəfərin hansının uzunmüddətli perspektivdə Meksika iqtisadiyyatına  daha çox ziyan vura biləcəyini indidən demək çətindir.

Yaponiya  

İkinci narahatlıq keçirən ölkə kimi Yaponiyanın adı çəkilir. “Doğrudur, Donald Trampla Yaponiyanın baş naziri Sindzo Abeni ümumi maraqlar birləşdirir. Onlar hər ikisi Yaponiya ordusunun genişləndirilməsini və təhlükəsizliyini öz üzərinə götürməsini istəyirlər. Tramp kimi Abe də Yaponiya üçün əsas enerji mənbəyi olan Putin Rusiyası  ilə münasibətləri qaydaya salmağn tərəfdarıdır. Hətta Abe İkinci Dünya Müharibəsində itirilmiş yapon adalarının qaytarılacağına dair Rusiya ilə müqavilə bağlayacağına ümid edir. Əgər Tramp Çinlə münasibətlərdəki gərginliyin artmasına təhrik edirsə, Yaponiya özünün iki əsas ticarət tərəfdaşının arasında qalacaq. Bura Yaponiyanın gərgin münasibətlərdə olduğu Cənubi Koreyanı da əlavə etsək, bu ölkə izolyasiya vəziyyətinə düşə bilər”.

Latviya, Litva, Estoniya

Baltikyanı ölkələr Donald Trampın andiçmə mərasimini həyəcanla izləyiblər. Prezident Vladimir Putin Ukraynaya müdaxiləsini belə bir hüququnun olması ilə deyil, orada yaşayan rusların müdafiəsi ilə əsaslandırıb. Faiz etibarı ilə Latviyada və Estoniyada yaşayan rusların sayı Ukraynadan daha çoxdur. Əlbəttə, Ukraynadan fərqli olaraq, Baltikyanı ölkələr NATO-ya daxildir. Lakin Trampın Rusiya ilə əlaqələri qaydaya salmaq vədi və NATO-nu köhnəlmiş təşkilat adlandırması Latviyanı və Estoniyanı vecinə almaması kimi başa düşülə bilər. Latviya və Estoniya Rusiya ilə sərhəddə Trampın dediyi kimi divar tikməyi planlaşdırır. Qonşu Litva isə Kalininqrad vilayəti ilə sərhədini bağlayır. Bir qədər tikanlı məftil, təbii ki, müdaxilə dayandırmayacaq, yalnız bir qrup rus əsgərinə özünü uyğun olmayan şəkildə aparmağa mane ola bilər.

Almaniya

Kansler Angela Merkel Donald Trampın seçilməsini demokratiyanın, azadlıqların, diktaturanın qanuna və insan iradəsinə hörmət, onun mənşəyindən, rəngindən, cinsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq  ümumi dəyərlər əsasında əməkdaşlığın davam etdirilməsi baxımından təmkinlə qarşıladı. Bir sözlə, xanım Merkel ümid edir ki, Tramp seçkiqabağı müsəlmanlar və meksikalılar barədə verdiyi vədlərə əməl etməyəcək.  Merkel Putinin Ukraynaya hücumunu qətiyyətlə pisləyib və Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün təbliğat aparıb. Trampın Putinə qarşı rəğbəti Merkelin mövqeyini zəiflədəcək, Rusiyanın cəzalandırılmasını səmərəsiz və iflasa məhkum hesab edən avropalıların mövqeyini möhkəmlədəcək.

Fransa

Qorxuya düşən yeddinci ölkə kimi Fransanın adı çəkilir. Prezident Trampın Fransada yaratdığı dalğa daha çox daxili amillərlə bağlıdır. Trampın qələbəsi bu ilin yazında Fransada keçiriləcək prezident seçkilərində seçiciləri  “Milli Cəbhə”nin qələbəsinin vacibliyinə inandıra bilər. Bu təşkilatın Lideri Marin Le Pen isə hakimiyyətə gələcəyi təqdirdə Fransanın  Avropa Birliyindən çıxmasına çalışacağını vəd edib. Onun uğurunun Fransa daxilində baş verən hadisələrdən çox asılı olmasına baxmayaraq, Le Penin rəqibləri Donald Trampın ona öz çıxışları ilə açıq dəstək verməsindən qorxurlar. Onlar yalnız ABŞ-ın impuls verəcəyindən deyil, həm də  Rusiyanın kiberhücumlar vasitəsilə Le Penə yardım edəcəyindən narahtdır.(cebhe.info)


Paylaş:


Müəllif : Tarix:
21-01-2017, 21:13
  
loading...